UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin futbolçusu açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu ada İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Edinson Kavani layiq görülüb.
34 yaşlı uruqvaylı forvard İtaliyada "Roma"ya 2:3 hesabı ilə uduzduqları oyunda dubl edib.
Qeyd edək ki, evdəki ilk oyunda 6:2 hesabı ilə qələbə qazanan "qırmızı şeytanlar" səfərdəki məğlubiyyətə baxmayaraq, finala vəsiqə qazanıblar. Mançester təmsilçisinin mayın 26-da Polşanın Qdansk şəhərində keçiriləcək həlledici matçdakı rəqibi İspaniya "Vilyarreal"ı olacaq.