İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu bütün avtomobillərini Turin şəhərindən çıxarıb.
Sportnet.az-ın "Per Sempre Calcio"ya istinadən məlumatına görə, daşımanı Lissabon şirkəti həyata keçirib. Şirkət əməkdaşları gecə vaxtı 36 yaşlı hücumçuya məxsus bütün 7 avtomobili aparıblar.
İspaniyanın "Cuatro 14" telekanalı Ronaldunun bu yay "Sportinq"ə transferinin mümkünlüyünü xəbər verib. "Tutto Sport" portalı isə təcrübəli forvardla Fransa PSJ-sinin maraqlandığını yazıb.
Qeyd edək ki, "Yuventus" İtaliya A Seriyasının bitiminə bir tur qalmış 5-ci yerdə gedir və Çempionlar Liqasına vəsiqə verən 3-4-cü pillələrdəki "Milan" və "Napoli"dən 1 xal geri qalır. "Sportinq" isə Portuqaliya çempionu olub. Kriştianu Ronaldunun ilk peşəkar klubu məhz "Sportinq" (2002 - 2003) olub.
#CR7 trasloca le 7 supercar dal suo garage di Torino via Roclo Cargo, azienda trasporti di Lisbona ????️????
— Giacomo Scutiero (@SCUtweet) May 17, 2021
Vuol dire tutto? Vuol dire niente? ????
(Video @persemprecalcio) pic.twitter.com/qX9moM93mr