
Türkiyənin "Qalatasaray" klubunun hazırkı prezidenti Mustafa Cengiz yenidən seçiləcəyi təqdirdə baş məşqçi Fatih Terimlə yola davam etməyəcəyini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, 72 yaşlı funksioner bu barədə mətbuat konfransında bildirib.
Cengiz seçkilərdə namizədliyini vermək istədiyini söyləyib: "İndiki namizədlərin kluba kömək edəcək səviyyədə olmadığını görsəm, namizədliyimi irəli sürəcəyəm. Qalib olacağım təqdirdə Fatih Terim klubda qalmayacaq".
Qeyd edək ki, İstanbul təmsilçisində mayın 22-ə təyin edilən seçkilər təxirə salınıb.