"Keşlə" baş məşqçisi Sənan Qurbanovla yeni müqavilə imzalayacaq.
Bu barədə Sportnet.az-a 41 yaşlı mütəxəssisin özü məlumat verib.
O, klubun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşdüyünü və əməkdaşlığı davam etdirməklə bağlı razılığa gəldiklərini bildirib. Qurbanovun sözlərinə görə, yaxın günlərdə 1 illik yeni sözləşməyə imza atacaq.
Qeyd edək ki, Sənan Qurbanov bu ilin yanvarından "Keşlə"yə başçılıq edir. Komanda onun rəhbərliyi altında Azərbaycan Kubokunun qalibi olub.