
Unay Emeri UEFA Avropa Liqasını qazanan ilk baş məşqçi kimi tarixə düşüb.
Sportnet.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis turnirin dördüncü dəfə qalibi olaraq, mütləq rekorda imza atıb. 50 yaşlı mütəxəssis bu dəfə "Vilyarreal"a titul qazandırıb. Onun komandası finalda İngiltərə "Mançester Yunayted"ini əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan görüşün penaltilər seriyasında üstələyib - 11:10. Daha 3 kuboku isə Emeri "Sevilya"da əldə edib.
Bu göstəricidə ikinci yerdə Covanni Trapattoni qərarlaşıb. Joze Mourinyo, Dieqo Simeone, Rafael Benites, Xuande Ramos və Luis Molovninin isə 2 kuboku var.
Qeyd edək ki, final qarşılaşması Polşanın Qdansk şəhərindəki "Enerqa Qdansk" stadionunda keçirilib.