İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, mersisaydlılar Almaniya "Leyptsiq"indən İbrahima Konateni transfer edib.
Fransalı müdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. 22 yaşlı oyunçunun sözləşməsi iyulun 1-dən qüvvəyə minəcək. "Liverpul"un gənc futbolçu üçün 36 milyon funt sterlinq təzminat ödədiyi bildirilib.
Qeyd edək ki, İbrahima Konate ötən mövsüm "Leyptsiq"in heyətində meydana çıxdığı 21 oyunda 1 qol vurub.