
İngiltərə millisi tarixində ilk dəfə Avropa çempionatları tarixində ilk dəfə 5 oyununun heç birində qapısından top buraxmayıb.
Sportnet.az-ın məlumatına görə, "Dumanlı Albion" təmsilçisi bununla ardıcıl 7 matçında qapısını toxunulmaz saxlayıb. Qaret Sautgeytin baş məşqçi olduğu komandanın qapısını bağlı saxladığı dəqiqələrin sayı isə 662-yə çatıb.
AVRO-2020-nin qrup mərhələsində Xorvatiya və Çexiyaya 1:0 hesabı ilə qalib gələn İngiltərə millisi Şotlandiya ilə qolsuz heç-heçə edib. 1/8 finalda Almaniyaya 2:0 hesabı ilə qalib gələn "şirlər" 1/4 finalda Ukrayna yığmasını darmadağın edib - 4:0.
Qeyd edək ki, İngiltərə millisi yarımfinalda Danimarka ilə üz-üzə gələcək. Oyun iyulun 7-də Londondakı "Uembli" stadionunda keçiriləcək.