Türkiyənin "Beşiktaş" klubu İtaliya "Kalyari"sində çıxış edən futbolçu Dieqo Qodinin transferində israrlıdır.
Sportnet.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Skira tvitterdə məlumat yayıb.
İstanbul təmsilçisisi 35 yaşlı uruqvaylı müdafiəçiyə 2+1 illik müqavilə təklif edib. İtaliya klubu isə oyunçunun maaşı çox yüksək olduğu üçün onunla yollarını ayıra bilər.
Qeyd edək ki, Dieqo Qodinin klubu ilə müqaviləsi 2023-cü ildə başa çatmalıdır. O, ötən mövsüm A Seriyasında 23 oyunda meydanda olub və 1 qol vurub. Qodin İtaliyanın "İnter" və İspaniyanın "Atletiko" (Madrid) klublarının da formasını geyinib.