
"Sabah" klubu futbolçusu Coşqun Diniyevlə yollarını ayırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Coşqun Diniyev 2019-cu ilin yanvardan “Sabah”ın uğurları üçün çalışıb. O, komandanın heyətində 54 oyuna çıxıb və 2 qola imza atıb.