"Neftçi" klubunun sabiq prezidenti Aydın İbrahimov dünyasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, o, 83 yaşında koronavirusdan vəfat edib.
Qeyd edək ki, Aydın İbrahimov 1988-97-ci illərdə “Neftçi”nin prezidenti olub.
A.İbrahimov güləş üzrə iki dəfə dünya çempionatının qalibi olub. O, 1963-cü ildə Bolqarıstanda, 1966-cı ildə isə Almaniyada qızıl medal qazanıb. İbrahimov 1964-cü ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. Nailiyyətlərinə görə SSRİ-nin əməkdar idman ustası, əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim adlarını alıb. O, dünya güləş idman növünün inkişafındakı xidmətlərindən dolayı qızıl medalla təltif edilib. A.İbrahimov bir müddət futbol sahəsində də çalışıb, 1988-1997-ci illərdə “Neftçi” klubunun ilk prezidenti olub.
Prezident İlham Əliyev 2019-cu ilin sentyabrında Aydın İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.