2021-ci ildə yüksək liqalarda çıxış edən dünyanın ən yaşlı oyunçusu bəlli olub.
Sportnet.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misirin “Əl İttihad” klubunun qapıçısı Məhəmməd Abdel Monsefdir.
Fevralın 6-da 45 yaşı tamam olacaq qolkiper son olaraq dekabrın 24-də "Əl Masri"ni 1:0 hesabı ilə məğlub etdikləri görüşdə meydanda olub.
Qeyd edək ki, Məhəmməd Abdel Monsef 2002 - 2008-ci illərdə Misir yığmasının da formasını geyinib.