"Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiç sabiq klubu "Mladost Jdralovi" klubuna yardım edir.
Sportnet.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bu barədə "Sportske.jutarnji" nəşrinə müsahibəsində bildirib.
Təcrübəli oyunçu bunun klub üçün çox şey olduğunu söyləyib: "Rəhbər Renato Radiç və məşqçi Daniel Lovriçin etdikləri belə kiçik yer üçün böyük işdir. Gələcək nəsillərə qalacaq stadion tikirlər. Onlar məndən daha yaxşı şəraitə sahib olacaqlar".
Ozobiç keçmiş komandasının 2-ci liqada çıxış etmək ehtimalından da danışıb: "Ümid edirəm ki, bu çempionatda oynayarlar. Sadəcə, vaxt məsələsidir. Belovar şəhəri mərkəzdir. onun ambisiyaları var və irəli getmək istəyir".