
Türkiyənin "Trabzonspor" klubunun prezidenti Ahmet Ağaoğlu koronavirusa yoluxub.
Sportnet.az Qara dəniz təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 65 yaşlı funksioner öz evində karantinə alınıb.
Klub rəhbərinin səhhətinin sabit olduğu və özünü yaxşı hiss etdiyi bildirilib.
Qeyd edək ki, Ahmet Ağaoğlu 2018-ci ildə "Trabzonspor"un prezidenti seçilib.