İngiltərənin "Arsenal" klubu baş məşqçisi Mikel Artetanın müqaviləsinin müddətini uzadıb.
Sportnet.az "topçular"ın rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024/2025 mövsümünün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Mikel Arteta 2019-cu ildən London təmsilçisinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında İngiltərə Kubokunu və Super Kubokunu qazanıb.