Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiya I Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi XXXVI turda "Osyek"i qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yelunlaşıb. Emreli sifariş əzirəsinə salınsa da, ehtiyatda qalıb.
"Dinamo"dan qolları 34-cü dəqiqədə Mislav Orşiç, 60-cı dəqidədə Dario Şpikiç və 81-ci dəqiqədə Luka Menalo vurublar.
Bu qələbədən sonra xallarını 73-ə çatdıran zaqreblilər liderliyini möhkəmlədib. Komanda sona 2 tur qalmış ən yaxın izləyicisi "Hayduk"u 4 xal qabaqlayır. 65 xalı olan "Osyek" isə 3-cü pillədə qərarlaşıb.