
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son matçında "Qəbələ" "Neftçi"ni qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 76-cı dəqiqədə penaltidən İsnik Alimi vurub.
İlk hissənin sonlarında insident baş verib. Buna paytaxt klubunun müdafiəçisi Mamadu Mbocun "Qəbələ"nin hücumçusu Fernan Lopesə qarşı sərt oynaması səbəb olub. Epizoda görə etirazını bildirən ispaniyalı oyunçu rəqiblə mübahisə edib. Onların əlbəyaxa olmasına digər futbolçular imkan verməyiblər.
Matçın sonlarında isə azarkeşlər meydana fişəng atıblar. Bu səbəbdən görüş qısa müddətdə dayanıb. "Neftçi"nin qapıçısı İvan Brkiç fişəngi kənara çıxardıqdan sorna oyun davam edib.
Bu qələbə ilə xallarını 41-ə çatdıran əyalət təmsilçisi yenidən 4-cü pilləyə yüksəlib. Gümüş medalları təmin edən "ağ-qaralar" isə 50 xalla 2-ci sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" səfərdə "Səbail"i, "Sumqayıt" "Şamaxı"nı 2:0 hesabı ilə məğlub edib, çempion "Qarabağ" isə evdə "Zirə" ilə sülhə razılaşıb.
-----------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Sumqayıtın eyniadlı komandası evdə "Şamaxı"nı qəbul edib. "Kapital Bank Arena"dakı görüş meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb. Hər iki qolu Əli Qurbani vurub. Cənubi azərbaycanlı hücumçu 31-ci və 78-ci dəqiqələrdə fərqlənib.
Bu, "Sumqayıt"ın həm 2022-ci ildə, həm də Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsi olub. Bundan başqa, komanda 15 turdan sonra 3 xala sevinib.
Qələbədən sonra xallarını 18-ə çatdıran "Sumqayıt" 7-ci pillədəki mövqeyini qoruyub. "Şamaxı" isə 21 xalla 6-cı sırada yer alıb.
Qeyd edək ki, ilk oyun günündə "Sabah" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib, çempion "Qarabağ" isə evdə "Zirə" ilə sülhə razılaşıb. Tura bu gün keçiriləcək "Qəbələ" - "Neftçi" matçı ilə yekun vurulacaq.
----------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Şamaxı" arasında olacaq. Hazırda əyalət təmsilçisi 21 xalla 6-cı, "gənclik şəhəri" klubu isə 15 xalla 7-ci pillədə yer alıb.
Komandalar indiyədək Premyer Liqada 38 dəfə qarşılaşıblar. Bunların 10-da meydan sahibləri, 17-də qonaqlar qələbə qazanıblar. Topların nisbəti də "Şamaxı"nın xeyrinədir - 55:39.
Son 8 oyunda meydan sahibi olan komanda qalib gəlməyib. “Sumqayıt” 6 matçdır meydanı qolsuz tərk etmir.
Turun son oyununda "Qəbələ" evdə "Neftçi"ni qəbul edəcək. 50 xalla 2-ci sırada qərarlaşan "ağ-qaralar" gümüş medalları təmin etdiyindən görüş bu komanda üçün formal xarakter daşıyacaq. 38 xalla 5-ci olan "qırmızı-qaralar" isə avrokuboklara lisenziya şansını saxladığından ən azı uduzmamağa çalışacaq.
İki kollektiv daha əvvəl ölkə çempionatında 54 dəfə üz-üzə gəlib. Əyalət klubu 65, paytaxt təmsilçisi 82 qələbəyə sevinib. Topların fərqində də qonaqlar üstündür - 82:65. Qəbələdəki son iki oyun heç-heçə ilə bitib. “Neftçi” 12 oyundur uduzmur və 19 matçdır meydandan qolsuz ayrılmır.
Azərbaycan Premyer Liqası, XXVI tur
9 may (bazar ertəsi)
17:30. “Sumqayıt” – “Şamaxı” - 1:0
Qollar: Əli Qurbani, 31; 78
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Kapital Bank Arena”.
19:45. “Qəbələ” – “Neftçi” - 1:0
Qol: İsnik Alimi, 76 (pen.)
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu.
Qeyd edək ki, ilk oyun günündə "Sabah" səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib, "Qarabağ" isə "Zirə" ilə qolsuz heç-heçə edib.