AFFA İntizam Komitəsi "Zirə" və "Neftçi" klublarını futbolçularına görə cərimələyib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında XXVIII turun “Şamaxı” ilə ev oyununda “Zirə”nin legioneri Hamidu Keyta təcavüzkar davranışa yol verdiyi üçün birbaşa qırmızı vərəqə alıb.
İntizam Komitəsi onu 2 oyunu şərti olmaqla 4 matçlıq cəzalandırıb, klubu isə 3 200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.
“Neftçi” isə "Qarabağ"la səfər görüşündə 5 futbolçusunun sarı vərəqə alması səbəbindən 800 manat ziyana düşüb.