İngiltərənin "Arsenal" klubu futbolçusu Aleksandr Lyakazett ilə yollarını ayırıb.
Sportnet.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun iyunun sonlarında başa çatacaq müqaviləsi uzadılmayıb.
Fransalı oyunçu komandanı azad agent qismində tərk edəcək.
Qeyd edək ki, Aleksandr Lyakazett 2017-ci ildən "topçular"ın formasını geyinib. Təcrübəli forvard bu komandada meydanda çıxdığı 206 qarşılaşmada 71 qola imza atıb. Hücumçunun Fransa "Lion"una keçəcəyi gözlənilir.