"Səbail"ə qayıtdığım üçün çox şadam".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"dən ayrılaraq, 3 ildən sonra sabiq klubuna qayıdan futbolçu Ağabala Ramazanov deyib.
"Səbail"də xoşbəxt günlərinin olduğunu və birlikdə gözəl qələbələr qazandıqlarını xatırladan 29 yaşlı hücumçu azarkeşlərlə də hər zaman əla münasibətlərindən bəhs edib.
O, doğma komandasındakı hədəflərindən danışıb: "Qarşıda bizi maraqlı turnir gözləyir. Fikrimcə, 10 komanda ilə yarış daha gərgin və rəqabətli olacaq. Mövsümün başlamağını səbirsizliklə gözləyirəm. Qol hesabımı daha da artırmaq istəyirəm. Komandaya var gücümlə kömək etməyə çalışacağam".
Qeyd edək ki, "Zirə"dən ayrılan Ağabala Ramazanov iyunun 3-də "Səbail"lə müqavilə imzalayıb. O, 2018-2019-cu illərdə də bu komandada oynayıb.