"Qarabağ" klubu ilə bağlı çəkilən filmin adı məlum olub.
Sportnet.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən "Report"un sorğusuna cavab olaraq açıqlama verilib. Bildirilib ki, ekran əsəri "Qarabağ" FK 30 mövsüm səfərdə” adlanır.
4 seriyalı sənədli film dövlət sifarişi ilə nazirliyin "Salnaməfilm" studiyasında istehsal olunur.
"Qarabağ"in uğur hekayəsi və 30 ildən sonra Ağdama qayıdışından bəhs edən filmin ölkədə çəkilişlərinin böyük hissəsi tamamlanıb. Xaricdə planlaşdırılan çəkilişlərin yaxın vaxtlarda həyata keçirilməsinə başlanılacaq.
Nazirlikdən bildirilib ki, filmin istehsalının bu ilin sonunadək tamamlanması nəzərdə tutulub.