Yeni mövsümün hazırlıqlarını davam etdirən "Sumqayıt" heyətinə braziliyalı futbolçular qatacaq.
Sportnet.az-ın məlumatına görə, "gənclik şəhəri" təmsilçisi hazırda bir neçə legionerlə danışıq aparır.
Onların arasında "sambaçı"larla yanaşı, digər ölkə təmsilçiləri də var.
Qeyd edək ki, 2022/2023 mövsümündən "Sumqayıt"da legioner oyunçuların çıxış etməsinə icazə verilib.