
"Qalatasaray"ın və Türkiyə milli komandasının şərəfini qorumuş Hakan Şükür öz formasını muzeyə verəcək. Sportnet.az-ın məlumatına görə, FİFA-nın İsveçrənin paytaxtı Sürixdə yaradacağı muzeydə bir çox futbol adamının formaları, buts və digər aksesuarları nümayiş olunacaq.
Sabiq futbolçu 2000-ci ildə UEFA kubokunu qazandığı "Qalatasaray" və 2002-ci ildə Dünta çempionatında Cənubi Koreyaya qarşı geyindiyi milli komanda formasını muzeyə bağışlayacaq.









































































