Rusiyanın "Spartak" klubunun sabiq futbolçusu Aleksandr Kozlov 29 yaşında ikən vəfat edib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, keçmiş hücumçu tromb damaranın qırılması nəticəsində dünyasını dəyişib.
O, 2010 - 2016-cı illərdə Moskva təmsilçisinin heyətində 28 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Aleksandr Kozlov karyerası ərzində "Ximki", "Tosno", "Fakel" və “Tümen” kimi klubların da formasını geyinib.