İngiltərənin "Mançester Siti" klubu futbolçusu Riyad Mahrezlə müqavilə müddətini uzadıb.
Sportnet.az-ın "şəhərlilər"in rəsmi saytına istinadən məlumatına görə, Əlcəzair yığmasının cinah hücumçusu ilə 2025-ci ilədək anlaşma əldə olunub.
Mahrez bu komandaya 2018-ci ilin yayında "Lester"dən keçib. O, "Mançester Siti"nin heyətində 189 matçda 63 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.
31 yaşlı oyunçu "şəhərlilər"lə 3 dəfə İngiltərə çempionluğu, 3 dəfə Liqa Kuboku qazanıb, 1 dəfə Çempionlar Liqasının finalçısı olub.