Türkiyə millisinin sabiq futbolçusu Mehmet Topal karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi 36 yaşında futbolla vidalaşdığını açıqlayıb.
Qeyd edək ki, Mehmet Topal ölkəsində "Qalatasaray", "Fənərbağça", "Başakşehir" və "Beşiktaş"ın, İspaniyada isə "Valensiya"nın formasını geyinib. 2008-ci ildə Türkiyə yığması ilə Avropa çempionatında bürünc medal qazanan oyunçu "Beşiktaş"dan başqa digər İstanbul təmsilçiləri ilə ölkə çempionu olub.