
Türkiyə "Fənərbağça"sı Braziliyanın "Flamenqo" klubunda çıxış edən 29 yaşlı futbolçu Qustavo Enrike ilə anlaşıb.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi təcrübəli müdafiəçinin keçidi üçün qarşı tərəfə 2,5 milyon avro təzminat ödəyəcək.
Enrike Superliqa klubunda İtaliya "Napoli"sinə keçəcəyi gözlənilən cənubi koreyalı Kim Min Ceni əvəzləyəcək.
Qeyd edək ki, Qustavo Enrike peşəkar karyerasında yalnız 2 komandanın formasını geyinib. O, daha əvvəl ölkəsində "Santos"un da şərəfini qoruyub.