"Türk Hava Yolları (THY) Məşq Mərkəzində işlər davam edir. Ən çox diqqət uşaq akademiyasına ayrılıb".
Sportnet.az-ın məlumatına görə bunu "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov deyib.
Klub rəsmisi işlərin sürətlə getdiyini söyləyib: "Diqqətimiz oradadır. 6-7 ay ərzində həmin binanın işləri tamamlanacaq. Orada işlər çoxdur. Hər dəfə yeni ideyalar gəlir, planlar dəyişir".