İsveçrə "Sürix"inin aparıcı futbolçusu Blerim Cemayli evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxa bilər.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçinin sabahkı qarşılaşmada meydana çıxıb-çıxmayacağı bəlli deyil. Təcrübəli oyunçu zədədən əziyyət çəkir.
Qeyd edək ki, iyulun 27-də oynanılacaq "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə "köhlən atlar" 3:2 hesablı qələbə qazanıb.