Ötən mövsümün sonunda İspaniyanın "Atletiko" (Madrid) komandasından ayrılan Uruqvay millisinin futbolçusu Luis Suaresin yeni klubu bəlli olub.
Sportnet.az-ın məlumatına görə, bu barədə 35 yaşlı hücumçunun özü şəxsi tviter səhifəsində paylaşım edib.
Təcrübəli forvard ölkəsinin "Nasyonal" klubu ilə anlaşdığını və rəsmi müqavilənin imzalanmasını gözlədiyini bildirib.
Qeyd edək ki, 1998 - 2006-cı illərdə də bu komandanın şərəfini qoruyan Luis Suares Niderlandda "Qroningen" və "Ayaks", İngiltərədə "Liverpul" və İspaniyada "Barselona"nın da formasını geyinib.