1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin baş məşqçisi: "Qrupu 3 xalla tamamlamaq istəyirik"
"İki real qol şansımız olsa da, ancaq dəyərləndirə bilmədik. Rəqib isə yaratdığı imkanı qola çevirməyi bacardı. Bu da onların yüksək keyfiyyətə malik oyunçular olmasından irəli gəlir". Sportnet.az-ın məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adam Avropa çempionatının elit-raundunda İngiltərə ilə qarşılaşmadan sonra deyib.
Almaniyalı mütəxəssisin fikrimcə, millimiz ölkəmiz Fransada keçirilən turnirdə yaxşı təmsil edir: "Kollektiv olaraq düzgün seçim edib yaxşı futbolçuları yığmaya dəvət etmişik. Uşaqlar həm öyrənməyi bacarırlar, həm də bunu istəyirlər. Bu uşaqlarla işləmək mənə rahatdır. Çünki onlar bizi dinləyib tapşırıqlarımızı meydanda həyata keçirirlər. Məqsədimiz odur ki, qarşıdakı iki gündə bərpa prosesi keçib uşaqların hansı vəziyyətdə olduğunu müəyyənləşdirək".
Adam heyətdəki itkilərə baxmayaraq, martın 31-də Danimarka ilə keçirəcəkləri 7-ci qrupun son tur matçını qələbə ilə başa vurmağa çalışacaqlarını əlavə edib: "Zədəli futbolçularımız var, eyni zamanda iki sarı vərəqəsi olan İlyas Səfərzadə növbəti oyunda cəzalıdır. Əlbəttə, qrupu 3 xalla tamamlamaq istəyirik. Bunu daha çox uşaqlar istəyir. Onların bu istəkdə olmaları məni şad edir”.
Qeyd edək ki, Azərbaycan yığması ilk 2 turda Fransaya 0:2, İngiltərəyə 0:1 hesabı ilə uduzaraq, final mərhələsinə vəsiqə şanslarını itirib.