
İspaniyanın "Deportivo" klubunun baş məşqçisi Viktor Fernandes istefaya göndərilib. Sportnet.az-ın məlumatına görə, buna komandanın uğursuz çıxışı səbəb olub. 
30 turdan sonra La Korunya təmsilçisi La Liqada 17-ci yeri tutur. 54 yaşlı mütəxəssisi Portuqaliya yığmasının sabiq baş məşqçisi Paulu Bentunun əvəzləyəcəyi gözlənilir. 
Qeyd edək ki, Viktor Fernandes 2014-cü ilin yayından "Deportivo"nun sükanı arxasında idi. 









                 





    
    
    
    
    
    
    
    
    






















































