Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.
Sportnet.az-ın məlumatına görə, bir mundialda ən çox qol vurmuş oyunçular açıqlanıb.
Fransa millisinin sabiq üzvü Jyust Fonten 1958-ci ildəki turnirdə 13 qolla yadda qalıb. 1954-cü ildəki yarışda 11 qola imza atan macarıstanlı Şandor Kocsiş ikinci, 1970-ci ildə 10 qol vuran Gerd Müller üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.
| Futbolçu | Ölkəsi | Qollar | Oyun sayı | Mundiallar | |
| 1 | Jyust Fonten | Fransa | 13 | 6 | 1958 |
| 2 | Şandor Kocsiş | Macarıstan | 11 | 5 | 1954 |
| 3 | Gerd Müller | Almaniya | 10 | 6 | 1970 |
| 4 | Ademir | Braziliya | 9 | 6 | 1950 |
| 5 | Eysebio | Portuqaliya | 9 | 6 | 1966 |
| 6 | Ronaldo | Braziliya | 8 | 7 | 2002 |
| 7 | Gilermo Stabile | Argentina | 8 | 4 | 1930 |
| 8 | Qjegorz Lato | Polşa | 7 | 7 | 1974 |
| 9 | Jairzinyo | Braziliya | 7 | 6 | 1970 |
| 10 | Leonidas | Braziliya | 7 | 5 | 1938 |






































































