Qətərdə keçirilən futbol üzrə dünya çempionatının B qrupunda ilk tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, qrupun ikinci oyununda ABŞ və Uels yığmaları üz-üzə gəliblər. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Matçda ilk qolu amerikalılardan 36-cı dəqiqədə Timoti Vea vurub. 82-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Qaret Beyl hesabı bərabərləşdirib. Bu, mundialda qeydə alınan ilk bərabərlik olub.
Qeyd edək ki, ilk turdan sonra qrupa 3 xalı olan İngiltərə millisi başçılıq edir. Hərəyə 1 xalı olan ABŞ və Uels
-----------------------------------
Qətərdə keçirilən dünya çempionatının A qrupunda ilk tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, qrupun ikinci oyununda Niderland millisi Seneqalla üz-üzə gəlib. "Al-Tumama" stadionunda keçirilən qarşılaşma "narıncılar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 84-cü dəqiqədə Kodi Qakpo və 90+9-cu dəqiqədə Devi Klassen vurublar.
Qrupun ilk matçında ev sahibi Qətər Ekvadora eyni hesabla uduzub.
Beləliklə, birinci turdan sonra Ekvador və Niderland 3 xalla ilk iki sıranı bölüşdürür. Xalı olmayan Qətər və Seneqal isə 3-4-cü yerlərdə qərarlaşıb.
-------------------------------------
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının B qrupunda ilk tura start verilib.
Sportnet.az-ın məlumatına görə, İngiltərə millisi qrupun açılış matçında İran yığması ilə qarşılaşıb. "Xəlifə" stadionunda keçirilən görüşdə Avropa təmsilçisi rəqibini darmadağın edib - 6:2
Hesabı 35-ci dəqiqədə Cud Bellingem açıb. 43-cü dəqiqədə Bukayo Saka ikinci topu asiyalıların qapısından keçirib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Rahim Sterlinq rəqibi 3-cü dəfə meydanın mərkəzinə dəvət edib. 62-ci dəqiqədə Saka özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 65-ci dəqiqədə İran millisindən Mehdi Taremi buraxılan toplardan birinin əvəzini çıxıb. 71-ci dəqiqədə Markus Reşford rəqibi 5-ci dəfə məyus edib. 90-cı dəqiqədə Cek Qriliş hesab arasındakı fərqi artırıb - 6:1. Son nöqtəni isə 90+13-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Taremi qoyub.
İngiltərə yığması bu qələbədən sonra ilk pilləyə yüksəlib. İran isə hələlik sonuncudur.
Qeyd edək ki, B qrupunun digər matçında ABŞ seçməsi Uelsi sınağa çəkəcək. Həmin oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
----------------------------------------
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçı B qrupunda İngiltərə və İran arasında olacaq. Dohadakı "Xəlifə" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
A qrupunun ikinci matçında Niderland yığması Seneqalı sınağa çəkəcək. "Al-Tumama" arenasındakı oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Bu qrupun və mundialın ilk görüşündə ev sahibi Qətər Ekvador yığmasına 0:2 hesabı ilə uduzub.
Nəhayət günün son matçında ABŞ seçməsi Uelslə üz-üzə gələcək. "Əhməd ibn Əli" stadionunda keçiriləcək görüşün Bakı vaxtı ilə başlama saatı 23:00-dır.
DÇ-2022
21 noyabr
A qrupu
20:00. Seneqal - Niderland - 0:2
Qollar: Kodi Qakpo, 84. Devi Klassen, 90+9
Baş hakim: Uilton Sampayo (Braziliya)
"Al-Tumama" stadionu
Xal durumu: Ekvador - 3, Niderland - 3, Seneqal - 0, Qətər - 0
B qrupu
17:00. İngiltərə - İran - 6:2
Qollar: Cud Bellingem, 35. Bukayo Saka, 43; 62 Rahim Sterlinq, 45+1. Markus Reşford, 71. Cek Qriliş, 90 - Mehdi Taremi, 65; 90+13 (penalti)
Baş hakim: Rafael Klaus (Braziliya)
"Xəlifə" stadionu
23:00. ABŞ - Uels - 1:1
Qollar: Timoti Vea, 36 - Qaret Beyl, 82 (penalti)
Baş hakim: Əbdülrəhman Əl-Casim
"Əhməd ibn Əli" stadionu
Xal durumu: İngiltərə - 3 (1 oyuna), ABŞ - 0, UELS - 0, İran - 0 (1 oyuna)