Səudiyyə Ərəbistanı millisinin qapıçısı Məhəmməd Əl-Ovais Qətərdə keçirilən dünya çempionatında Argentinaya qarşı I tur oyununda komanda yoldaşını zədələyib.
Soprtnet.az-ın məlumatına görə, qolkiper görüşün sonlarında topu cərimə meydançasında uzaqlaşdırmaq istəyərkən diziylə Yasser Al Şahranini vurub.
Huşunu itirən futbolçu yerə yıxılıb. O, həkimlərin müdaxiləsindən sonra meydandan çıxarılıb. Şahranini 90+9-cu dəqiqədə Məhəmməd Əl Breyk əvəzləyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Argentinanı 2:1 hesabı ilə məğlub edib.