1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rail Məlikov üçün son dəqiqə şoku
Türkiyə I Liqasında XXVII turun növbəti oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, "Elazığspor" daha aşağı liqaya enmə təhlükəsi ilə üz-üzə olan "Dənizlispor"un qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. İlk yarıda qonaqlar azlıqda qalıb. 38-ci dəqiqədə Mehmet Çakar ikinci sarı vərəqənin ardından meydanı tərk edib. Bununla belə, Fasilədən sonra ilk qolu "Dənizlispor" vurub. Cihan Özkaymak 56-cı dəqiqədə hesabı açıb. Lakin "Elazığspor" say üstünlüyündən son bölümlərdə istifadə edib. 83 və 90-cı dəqiqələrdə Sərdar Özbayraktar "dubl" edərək, komandasına qələbə qazandırıb.
Matçda Rail Məlikov "Dənizlispor"un start heyətində meydana çıxıb və sonadək əvəzlənməyib. "Elazığspor"da isə Cavid İmamverdiyev əsas heyətdən kənarlaşdırıldığı üçün "18-liy"ə də salınmayıb. Bu nəticədən sonra "Dənizlispor" 28 oyundan 21 xalla 18 komanda arasında 17-ci, "Elazığspor" isə 34 xalla 12-ci yeri tutur.
Qeyd edək ki, turun açılış oyununda "Karşıyaka" müqaviləni pozduğu Mahir Şükürovsuz "Altınordu"ya öz meydanında böyük hesabla uduzub - 0:5.