
Futbol üzrə Azərbaycan I Divizionunda 25-ci turun oyun cədvəli müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, turun görüşləri eyni gündə baş tutacaq.
7 qarşılaşmadan 6-sı eyni saatda start götürəcək. Yalnız ilk 2 pillədə yer alan "Rəvan"la "Neftçala" aarasındakı görüşün start fiti fərqli saatda çalınacaq.
24 aprel (cümə)
"Göyəzən” – "Şuşa Qarabağ”
Qazax şəhər stadionu, 16:00
"Qaradağ Lökbatan” – "Mil-Muğan”
Lökbatan qəsəbə Olimpiya İdman Kompleksinin stadionu, 16:00
"Şəmkir” – "Bakılı”
Şəmkir şəhər Olimpiya İdman Kompleksinin stadionu, 16:00
"Rəvan” – "Neftçala”
"Bayıl Arena”, 19:00
"Turan Tovuz” – MOİK
Tovuz şəhər stadionu, 16:00
"Şahdağ” – "Zirə”
Şövkət Orduxanov adına Qusar şəhər stadionu, 16:00
"Kəpəz” – "Ağsu”
Gəncə şəhər stadionu, 16:00






































































