
Xorvatiya millisinin baş məşçqisi Niko Kovaç "Barselona"da çıxış edən İvan Rakitiçin çıxışı dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis milli futbolçunun keyfiyyətlərindən danışıb:
"Mən Rakitiçin "Barselona"da çıxışından razıyam. Ancaq buna görə təəcüblənmədim. İvanı yaxşı tanıyıram. O, nəinki güclü futbolçu, həm də gözəl xasiyyətə sahibdir. Bu mükəmməl peşəkar həmişə komanda yoldaşalrının və azarkeşlərin rəğbətini qazanır. Fikrimcə, PSJ ilə oyunda "Barselona"nın heyətində üç ən yaxşı futbolçudan biri idi". 
Qeyd edək ki, Xorvatiya milli komandası AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb.









                 





    
    
    
    
    
    
    
    
    




















































