
Azərbaycan milli komandasının və Türkiyə I Liqasında çıxış edən "Kayserispor"un qapıçısı Kamran Ağayev zədələnib. Sportnet.az-ın məlumatına görə, bu barədə ölkə mətbuatına komandanın baş məşqçisi Cüneyt Dumlupınar xəbər verib. 
	
	
30 yaşlı qolkiperin XXX turda meydana çıxıb-çıxmayacağı hələki sual altındadır. 
	
	
Qeyd edək ki, "Kayserispor" bu gün Bakı vaxtı ilə 21:00-da "Adanaspor"un qonağı olacaq. 









                 





    
    
    
    
    
    
    
    
    






















































