
İtaliyanın "Milan" klubu yenə baş məşqçisi Filippo İnzaginin öhdəsində qalıb. Sportnet.az-ın məlumatına görə, ötənlərin məşhur futbolçusu istefaya hazır olduğunu söyləsə də, rəhbərlik onun mövsümün sonunadək "rossonyerlər"lə işini davam etdirməsinə qərar verib.
"Napoli"yə 0:3 hesablı məğlubiyyətdən sonra İnzagi "Müqaviləm var və imkan olduqca getməyəcəyəm" deyib.
41 yaşlı mütəxəssis son oyunda debüt etmiş 17 yaşlı futbolçu Can Filippo Feliçioliyə qarşıdakı oyunlarda da şans verəcəyini bildirib.
Qeyd edək ki, Filippo İnzagi A Seriyanın XXXIII turunda "Cenoa"ya 1:3 hesabı ilə məğlubiyyətdən sonra istefa verməyə hazır olduğunu açıqlamışdı.
Qeyd edək ki, Filippo İnzagi A Seriyanın XXXIII turunda "Cenoa"ya 1:3 hesabı ilə məğlubiyyətdən sonra istefa verməyə hazır olduğunu açıqlamışdı.