"Öz səhvlərimizdən qollar buraxdıq. Çempionatın sonudur. Oyunçularım həvəssiz mübarizə apardılar". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının XXXIV turunda "Simurq" ilə oyundan sonra deyib.
Türkiyəli mütəxəssis 0:4 hesabı ilə məğlub olduqları matça belə şərh verib: "Onlara indiki vəziyyətdə narazılıq bildirmək bizə yaraşmaz. Qarşıdakı iki oyunu ən layiqli şəkildə keçirirməyi düşünürük”.