
"Qalatasaray"ın zədəli futbolçusu Mauro İkardi Türkiyə Superliqasının növbəti turunda "Kayserispor"la keçiriləcək oyunu da buraxacaq.
Sportnet.az xəbər verir ki, 18-ci turda “Fənərbaxça” ilə matçda zədə alan argentinalı hücumçunun üz sümüyündə qırıqlar və ayağında ağrı olduğundan həkimlər ona bir müddət meydana çıxmamağı məsləhət görüb.
"NTV Spor"un yaydığı məlumata görə, "Qalatasaray"ın lideri Superliqanın 21-ci turunda "Trabzonspor"la matçda meydana çıxmağa hazır olacaq. Sözügedən görüş yanvarın 21-də keçiriləcək.
Qeyd edək ki, İkardi Superliqada "Konyaspor" və "Sivasspor"la oyunları da buraxıb