“Kocaelispor”in prezidenti Engin Akgün Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin transferini təsdiqləyib.
Sprotnet.az xəbər verir ki, bu barədə o, "Radyospor”a açıqlamasında deyib.
“Ramil Şeydayevlə razılığa gəldik.O, “Buriram Yunayted”lə müqaviləsinə xitam verəcək və sabah aramızda olacaq. Şeydayevlə müqavilənin müddəti 1,5 illik olacaq”.
Qeyd edək ki, “Kocaelispor” Türkiyə 1-ci liqasında 17 turdan sonra 33 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, R.Şeydayev "Qarabağ"dan ayrıldıqdan sonra 2023-cü ilin yayında "Buriram Yunayted"lə 2 illik müqavilə imzalamışdı.