İngiltərənin "Tottenhem" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportnet.az xəbər verir ki, London təmsilçisi "Brügge"də çıxış edən Antonio Nusanın xidmətində maraqlıdır. Bu barədə Belçika mətbuatı məlumat yayıb.
"Tottenhem" norveçli vinger üçün Belçika klubuna 30 milyon avroluq təkluf göndərib. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, "Brügge" Antonio Nusanı 2021-ci ilin yayında "Stabek"dən transfer edib. 18 yaşlı ön xətt oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı 26 rəsmi matşda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.