“Turan Tovuz” Martin Petkovla yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bolqarıstanlı futbolçu ilə klub arasında bağlanmış müqaviləyə qarşılıq şəkildə xitam verilib. Petkov Azərbaycan Premyer Liqasında meydana çıxdığı 14 oyunda 3 qol vurub.
Qeyd edək ki, yayda “Turan Tovuz”un heyətinə cəlb olunun 21 yaşlı hücumçu ilə iki illik müqavilə imzalamışdı.