İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Xavi mövsümün sonunda Qətərin "Əl Sadd" komandasına keçəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə futbolçu özü təşkil etdiyi mətbuat konfransında deyib.
O, bunları deyib: "Klubdan gedişimi bəyan etmək istəyirəm. Bu qısa və çətin qərar idi. Azakeşlərə minnətdarlığımı bildirirəm. Onlar mənə qarşı həmişə çox yaxşı olublar. Gələcək üçün məqsəsim kluba qayıtmaq olacaq.
Qeyd edək ki, Xavi "Barselona" ilə birgə 8 dəfə İspaniya çempionu, 3 dəfə isə Çempionlar Liqasının qalibi olub.