
Bu gün AFFA-nın inzibati binasında İntizam Komitəsinin iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, iclasda I Divizionun XXIX turunun oyunlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
"Kəpəz” – "Qaradağ Lökbatan” matçının 85-ci dəqiqəsində "Kəpəz”in futbolçusu Tural Məmmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu isə 400 manat cərimə olunub.
"Şahdağ” – "Şəmkir” matçının 74-cü dəqiqəsində "Şəmkir”in futbolçusu Orxan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub isə 200 manat cərimə olunub.
"Energetik” – "Bakılı” matçının 89-cu dəqiqəsində "Bakılı”nın futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu isə 20 manat cərimə olunub.
"Göyəzən” – "Zirə” matçının 77-ci dəqiqəsində "Göyəzən”in futbolçusu İslam Piriyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 20 manat cərimə olunub.
"Yasamal” – "Xəmsə” matçının 23-cü dəqiqəsində "Yasamal” klubunun futbolçusu Tərlan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
Futzal üzrə Azərbaycan birinciliyinin "Yol” – "Kövsər” matçının 26-cı dəqiqəsində "Yol” klubunun futbolçusu Elton Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 26-cı dəqiqəsində "Kövsər” klubunun futbolçusu Turxan Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 30-cu dəqiqəsində "Yol” klubunun 17 №-li futbolçusu Əsgər Əsədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.