UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə start verilib.
Sportnet.az xəbər verir ki, birinci oyunda günündə "Bavariya" və "Real Madrid" kollektivləri üz-üzə gəliblər.
Münhendəki "Alyans Arena"da oynanılan qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
30 aprel
23:00. “Bavariya" (Almaniya) - “Real Madrid” (İspaniya) - 2:2
Qollar: Leroy Sane, 53. Harri Keyn, 57 (penalti) - Vinisius Junior, 24; 83 (penalti)
Baş hakim: Klement Turpin (Fransa).
Münhen, “Alyans Arena”.
Qeyd edək ki, mayın 1-də yarımfinal mərhələsinin digər oyununda "Borussiya Dortmund"da PSJ-ni qəbul edəcək.