UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportnet.az xəbər verir ki, Dortmund "Borussiya"sı Almaniyada Fransanın PSJ kollektivini qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.
Yeganə qolu 36-cı dəqiqədə Niklas Füllkruq vurub. Tərəflər arasında cavab oyunu mayın 7-də gerçəkləşəcək.
Qeyd edək ki, ötən gün "Bavariya" yarımfinalın ilk matçında Almaniyada İspaniyanın "Real" klubu ilə heç-heçə edib - 2:2.
-----------------------------------------
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, bu gün Almaniyanın "Borussiya" (Dortmund) komandası doğma meydanda Fransa təmsilçisi PSJ-ni sınağa çəkəcək.
Hər iki kollektiv 1/4 finalda İspaniya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Dortmund klubu "Atletiko"dan (Madrid), fransızlar isə "Barselona"dan güclü olub.
"Siqnal İduna Park"da keçiriləcək "Borussiya" - PSJ matçı saat 23:00 başlayacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
1 may
23:00. “Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa) - 1:0
Qol: Nikolas Füllkruq, 36
Baş hakim: Entoni Teylor (İngiltərə)
Dortmund, “Siqnal İduna Park” stadionu
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk matçında "Real Madrid" səfərdə "Bavariya" ilə heç-heçə edib - 2:2.