Konfrans Liqasında yarımfinalın 2-ci cavab oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, “Aston Villa” “Olimpiakos”un qonağı olub. Bu komandalar arasındakı ilk matçda Yunanıstan klubu 4:2 hesabı ilə qalib gəlib.
Səfərdə olduğu kimi, evdə də qələbə qazanan “Olimpiakos” finala vəsiqə adlayıb.
Qeyd edək ki, ötən gün “Fiorentina” Brügge”ni mübarizədən kənarlaşdıraraq finala yüksəlib.
Beləliklə, mayın 29-da Yunanıstanın paytaxtı Afinada keçiriləcək finalda "Fiorentina" və "Olimpiakos" üz-üzə gələcək.
Konfrans Liqası
Yarımfinal, cavab oyunu
9 may
23:00. "Olimpiakos" (Yunanıstan) – "Aston Villa" (İngiltərə) - 1:0
Qollar: Ayub el-Kaabi, 10; 79
İlk oyun - 4:2
8 may
"Brügge" (Belçika) - "Fiorentina" (İtaliya) - 1:1
İlk oyun - 2:3