MLS-də keçirilən “Filadelfiya” - “Nyu-York Siti” oyununda maraqlı hadisə yaşanıb.
Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, matç zamanı meydana yenot daxil olub. Hadisə birinci hissənin ortalarında baş verib. Üç dəqiqə yaşıl meydanda olan heyvan stadiondakı təhlükəsizlik işçilərinin köməyi sayəsində çıxarılıb. Bu səbəbdən görüş bir müddət dayandırılıb.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Nyu-York Siti” 20 xalla dördüncü, “Filadelfiya” isə 14 xalla doqquzuncu pillədə qərarlaşıb.